Bank VTB (Azərbaycan) 2019-cu il üzrə hesabatını açıqlayıb.
"Kommersant.az" xəbər verir ki, bankın idarə heyətinin sədri bu gün keçirilən mətbuat konfransında bankın 2019-cu ili 4,8 mln manat mənfəətlə başa vurduğunu bildirib. Belə ki, bankın 2019-cu ildə xalis faiz gəliri 3,8 mln manat, komissiya gəliri 1,2 mln manat, əməliyyatlar üzrə mənfəəti isə 6,5 mln manat təşkil edib:
“2019-cu ildə biz bank xidmətlərinə distant kanallar vasitəsilə çıxışı genişləndirmək istiqamətində əhəmiyyətli işlər görmüşük. Bu da bir tərəfdən xidmət keyfiyyətinin artırılmasına, digər tərəfdən isə iqtisadiyyatda nağd hesablaşmaların payının azaldılmasına kömək edib”- deyə, bank VTB (Azərbaycan)-ın idarə heyətinin sədri Yevgeni Kirin bildirib.