USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

"Bank tələblərini sərt hesab edən müştərilərlə danışıqlara hazırıq" - "Bank VTB Azərbaycan"ın idarə heyəti sədri Yevgeri Kirin

04.03.2020 Bank
0 0
Bank sektoru üçün keyfiyyətli müştərilərin və keyfiyyətli layihələrin defisiti var.

"Kommersant.az" xəbər verir ki, bu barədə martın 4-də keçirilən mətbuat konfransında "Bank VTB Azərbaycan"ın idarə heyəti sədri Yevgeri Kirin bildirib. Onun sözlərinə görə, bakların tələbləri müştərilərə sərt göörünsə də, elə deyil. Bütün bunlar müzakirəyə açıq məsələlərdir:

"Müştərilərin bank tələblərinə öz baxışı var. Belə fikir ayrılığını müzakirə etmək olar. Əgər sahibkarlar bankların bu tələblərini sərt sayırlarasa, biz danışıqlara hazırıq".

Qeyd edək ki, Bank VTB Azərbaycan 2019-da kredit portfelini 40 milyon manat artırıb.