"VTB Bank" (Azerbaijan) ASC-nin müştəriləri tərəfindən problemli kreditlərin 2019-cu ildə 20 milyon manatı ödənilib.
"Kommersant.az" xəbər verir ki, bu barədə bankın idarə heyətinin sədri Yevgeni Kirin məlumat verib:
“Ötən il 20 milyon manat məbləğində vaxtı keçmiş kredit ödənilib. Qeyd etmək lazımdır ki, bu məbləğin 13 milyon manatı korporativ sektor üzrə kreditlərin payına düşür. Ötən il bankın işlək kredit portfeli 40 milyon manat artıb. Bu artımın 70%-i biznes kreditlərin payına düşür”.