USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“VTB Bank (Azerbaijan)” 2019-cu il ərzində mənfəəti kapitallaşmaya yönəldəcək - AÇIQLAMA

04.03.2020 Bank
0 0
“VTB Bank (Azerbaijan)” ASC 2019-cu il ərzində mənfəəti kapitallaşmaya yönəltməyi planlaşadırır, qərar may ayında qəbul olunacaq.

"Kommersant.az" xəbər verir ki, bu barədə bankın İdarə Heyətinin sədri Yevgeni Kirin məlumat verib.

“Mənfəətin bölüşdürülməsi məsələsi adətən səhmdar tərəfindən birinci yarımillikdə nəzərdən keçirilir. Bu məsələ ilə bağlı qərarın may ayında qəbul olunacağı gözləyirik. Lakin hazırda səhmdar mənfəətdən dividendlərin əldə olunması imkanını müzakirə etmir. Beləliklə, gözləyirik ki, mənfəət bankın kapitallaşmasına yönəldiləcək”, – Kirin çərşənbə günü mətbuat konfransında bildirib.

Eyni zamanda, Kirin əlavə edib ki, 2019-cu il ərzində bankın Beynəlxalq Maliyyə Hesabatları Standartlarına uyğun xalis mənfəəti 4,9 milyon manat təşkil edib.