USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycandakı banklar bu şirkətə 20 milyon dollarlıq kredit xətti aça bilər

03.04.2020 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən aparıcı qızıl-mədən şirkətlərindən biri olan "Anglo Asian Mining" şirkəti ölkə bankları ilə 20 milyon ABŞ dolları dəyərində ehtiyat kredit xəttinin açılmasına dair danışıqlar aparır.

Bu barədə "Anglo Asian Mining"in dərc etdiyi hesabatda deyilir.

Məlumata əsasən, hazırda şirkətin maliyyə vəziyyəti olduqca yaxşıdır. Şirkətin 25 milyon dollar dəyərində nağd vəsaitinin olması və borclarının olmaması bunu deməyə imkan verir.

"Ehtiyat kredit xəttinin məqsədi qlobal iqtisadi qeyri-müəyyənlik dövründə şirkətin iqtisadi çevikliyini və fəaliyyətini davam etdirilməsini təmin etməkdir", - məlumatda qeyd edilir.

Qeyd edək ki, "Anglo Asian Mining" 2019-cu ildə 70,098 unsiya qızıl hasil edib ki, bu da 2018-ci illə müqayisədə 3,7% azdır. Digər metalların da daxil olmaqla, ötən il şirkət 82 795 qızıl unsiya ekvivalenti həcmində məhsul istehsal edib ki, bu da 1,1%-lik azalma deməkdir. 2018-ci il ilə müqayisədə ötən il şirkət üzrə mis istehsalı 34,3% artaraq 2 210 tona çatıb, gümüş istehsal isə 24,2% azalaraq 159 356 unsiyaya təşkil edib.

© APA