USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

VTB (Azərbaycan)-ın müştəriləri bank əməliyyatlarını bot Direct vasitəsilə pulsuz həyata keçirə bilər

04.04.2020 Bank
0 0
VTB (Azərbaycan) Direct rəqəmsal bankı üzrə aksiyanın müddətini uzatdı. Müştərilər bütün bank əməliyyatlarını 01avqust 2020-ci il tarixinədək Direct bot vasitəsilə pulsuz həyata keçirə bilər. Belə qərar xüsusi karantin rejimində müştərilərin maliyyə vəsaitlərinə rahat və sərfəli çıxışlarını təmin etmək məqsədilə qəbul edilib.

Beləliklə, Facebook sosial şəbəkəsinin messencerindəki bot Direct istifadəçiləri bir sıra əməliyyatları pulsuz həyata keçirməyə davam edəcək:

  • Rəqəmsal və plastik kartların buraxılışı
  • Kartlara xidmət
  • Digər bankların kartlarından kartın balansının artırılması
  • Məhsul və xidmətlər üzrə ödəniş
  • Card to Card əməliyyatı ilə Bank VTB (Azərbaycan)-nın, eləcə də digər bankların ödəniş kartlarına vəsaitin köçürülməsi

Bundan əlavə, Direct istifadəçiləri MilliÖN/eManat terminalları vasitəsilə də kart hesabının balansını artıra bilər.

Direct virtual köməkçi vasitəsilə VTB (Azərbaycan)-ın müştəriləri evlərini tərk etmədən və messencerdə ünsiyyətlərini kəsmədən maliyyə məsələlərini asanlıqla həll edə bilər.

Direct səhifəsinə daxil olduqda hər bir istifadəçi VİSA virtual kartı qismində hədiyyə qazanır. Bu kart sahibləri onlayn ödənişləri, o cümlədən kommunal və mobil xidmətlər üzrə ödənişlər həyata keçirə bilər, eləcə də balansı yoxlaya, bir sıra bank məhsullarını sifariş edə bilər.

Bot 24/7 rejimində Azərbaycan, rus və ingilis dillərində xidmət göstərir. Direct kartları üçün tariflər haqqında ətraflı məlumatı bankın saytından əldə etmək mümkündür.

Bota rahatlıqla daxil olmaq üçün linkə keçid etmək və ya QR-kodu skan etmək kifayətdir: