USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Hərracda dollar alışına tələb 52% artdı

23.04.2020 Bank
0 0
23 aprel 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.

"Kommersant.az" xəbər verir ki, hərracda tələb 59,1 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Bu da öncəki hərracla müqayisədə 52% daha çox dollara təlabat olması deməkdir. İki gün öncə keçirilən hərracda 38,8 mln. dollarlıq valyuta satılmışdı.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.