USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bağlanan banklarda “audit təhrifi” - Bəs hesabatları kim aparıb?

13.05.2020 Bank
0 0
Azərbaycan Mərkəzi Bankı sədrinin bu günkü audit hesabatına dair etirafı artıq ölkədə bank sektoruna olan inamı bir qədər həssaslaşdırır.

13 may 2020-ci il tarixli press-konfransda ölkənin Baş bankiri bildirib ki, bankın audit hesabatlarında kənar audit şirkətləri də biznes maraqları üçün bəzən təhrif edilmiş rəqəmlər açıqlayırmışlar. Bu ölkədə son günlərdə bank bağlanmasından ən çox əziyyət çəkən, cari hesabları banklarda qalan, hansısa bank rəhbərlərinin məsuliyyətsizliyi ucbatından vəsaitlərini itirən sahibkarları və depozit yatıranları bir daha düşündürməli olacaq. Çünkü, insanlar əksəriyyəti və AMB rəhbərinin təbilinlə desək “maliyyə savadı daha çox olan” sahibkarlar üçün ən çox inam nöqtəsi gedib kənar audit hesabatına dirənir.

Ölkədə bir neçə dəfə olub ki, audit hesabatları ilə bankın öz əli ilə düzəldilən maliyyə hesabatlarında çarpaz hesablamalarda yanlışlıqlar olub, insanlar daha dəqiq olaraq audit hesabatını üstün tutub inanıblar. Bu gün AMB sədri etiraf edir ki, onlar da təhriflərə yol verir.

Maraqlı lisenziyası geri çağırılan “Ata Bank” ASC, “Amrahbank” ASC, “NBC Bank” ASC və “AGBank”ı kimlər audit edirmiş?

Məsələn, 2018-ci ilin audit hesabatlarını – “AGBank” və “NBC Bank”da “RSM Azerbaijan” MMC və “Amrahbank”da isə 2016-cı ildə “Grant Thoronton” adlı şirkət aparıb. “Ata Bank” ASC-də dünyaca məşhur “PwC”nin Azərbaycandakı törəmə şirkəti 2017-ci ildə audit hesabatı aparıb.

“NBC Bank”ın auditində rəy verən “RSM Azerbaijan” bildirir ki bankın ARMB-nın “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları” əsasında hesablanmış kapital strukturunda 56,69 mln. manatlıq cəmi kapitalı və 232,03 riski ölçüləbilən aktivləri vardır ki, bu da kapital adekvatlığı 24.43% olması deməkdir. Mərkəzi Bankın normativində bu minimal olaraq 10% götürülür. “NBC Bank”a dair şərhində göstəriri ki, 31 dekabr 2018-ci il tarixinə bankın məcmu kapitalı 56,69 mln. manatdır. O zaman ya bu iki il ərzində “NBC Bank”ın başına iş gəlib, ya da bu audit şirkəti əvvəldən AMB sədrinin dediyi kimi təhriflərə yol verib. Ayrıca qeyd etməliyik ki, “NBC Bank” bağlananda requlyator bu bankda hesabat üzrə təhriflərin olduğunu qeyd edirdi.

Eyni qaydada “AGBank”ı da sonuncu audit hesabatında “RSM Azerbaijan” möhürü var. Bu bankda yığılmış zərərin 141 mln. manatdan yuxarı olaraq, cəmi kapitalın sıfırın altında 30,83 mln. manata düşdüyü etiraf edilb.

“Amrahbank” (sonuncu 2016) və “Ata Bank” (2017) isə Maliyyə Bazarlarına Nəzarət Palatası dövründə audit hesabatlarını ictimaiyyətə açıqlamayıblar.

“PwC Azerbaijan” Azərbaycan “Ata Bank”ın audit hesabatında ili 887 min manatda çox zərərlə tamamladığını açıqlayıb, lakin, 136,96 mln. manatlıq cəmi kapitalının olduğunu və balansında 12 mln. manatdan yuxarı bölüşdürülməmiş mənfəət olduğunu deyir.

banker.az