"Yelo Bank" zərərini açıqladı - HESABAT

29.07.2020 Bank
"Yelo Bank" cari ilin ikinci rübünə olan hesabatını açıqlayıb.

"Kommersant.az" bankın açıqladığı hesabata əsasən xəbər verir ki, "Yelo Bank" cari ilin ikinci rübünü 13 mln. 582 min manatlıq zərərlə başa vurub.

Bankın cəmi aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 mln. 506 min manat artaraq cari ilin 2-ci rübündə 461 mln. 533 min manat olub. Bundan başqa bankın cəmi öhdəlikləri də ötən ilin eyni dövrü ilə müqayisədə 47 mln. 514 min manat artaraq 407 mln. 435 min manata çatıb. Buna baxmayaraq bankın cəmi kapitalı 15 mln. 9 min manat azalaraq 54 mln. 97 min manata düşüb.

KREDİT VƏ DEPOZİT PORTFELİ ARTIB

"Yelo Bank"ın müştərilərinə verdiyi xalis kreditlər bu ilin ilk yarısında 260 mln. 102 min manat olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 39 mln. 109 min manat çoxdur. Bu da bankın cəmi aktivlərinin artmasına səbəb olub. bankın depozit portfeli isə 50 mln. 389 min manat artaraq 307 mln. 109 min manata yüksəlib. Bu isə bankın cəmi öhdəliklərinin artmasına təkan verib.

FAİZ GÖSTƏRİCİLƏRİ VƏ ZƏRƏR

Bankın faiz gəliri 27 mln. 672 min manat olub. Bu da ötən ilin ilk yarısı ilə müqayisədə 3 mln. 697 min manat azdır. Buna baxmayaraq bankın faiz xərci 2 mln. 554 min manat artaraq 9 mln. 889 min manata çatıb. Nəticədə "Yelo Bank"ın xalis faiz zərəri 6 mln. 252 min manat azalaraq 17 mln. 782 min manata enib. Bankın qeyr-faiz gəliri 1 mln. 249 min manat azalaraq 1 mln. 459 min manat, qeyri-faiz xərci isə 4 mln. 930 min manat artaraq 19 mln. 791 min manata bərabər olub. Buna görə də bankın əməliyyat zərəri 12 mln. 431artaraq 550 min manata yüksəlib.

"Yelo Bank" -ın xalis zərəri 2019-cu ilin 2-ci rübü ilə müqayisədə 16 mln. 328 min manat artaraq 13 mln. 582 min manat olub. Bunun səbəbi isə bankın aktivlər üzrə mümkün zərərlərin ödənilməsi üçün xüsusi ehtiyatın yaradılmasına 13 mln. 33 min manat ayırması olub.

Bankın məcmu kapitalı 17 mln. 457 min manat azalaraq 54 mln. 126 min manata düşüb.

Yelo Bank

2020 (II rüb)

2019 (II rüb)

Fərq

Cəmi Aktivləri

461,533

429,027

+ 32,506

Cəmi Öhdəlik

407,435

359,921

+ 47,514

Cəmi Kapital

54,097

69,106

(- 15,009)

Kredit

260,102

220,993

+ 39,109

Depozit

307,109

256,720

+ 50,389

Faiz Gəliri

27,672

31,369

(- 3,697)

Faiz Xərci

9,889

7,335

+ 2,554

Xalis Faiz Gəliri (Zərəri)

17,782

24,034

(- 6,252)

Qeyri-Faiz Gəliri

1,459

2,708

(- 1,249)

Qeyr-Faiz Xərci

19,791

14,861

+ 4,930

Əməliyyat Mənfəəti (Zərəri)

(- 550)

11,881

+ 12,431

Xalis Mənfəət (Zərər)

(- 13,582)

2,746

+ 16,328

Məcmu kapital

54,126

71,583

(- 17,457)

Qeyd edək ki, "Yelo Bank"ın səhmlərinin 95,68%-i "Topaz İnvetment Limited" MMC-yə, 4,22%-i fiziki şəxslərə, 0,10%-i isə "İSR Holdinq" MMC-yə məxsusdur.