USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azərbaycanın tədiyə balansında 956,4 milyon dollar kəsir yaranıb

15.09.2020 Bank
0 0
Xarici mühitin əlverişsiz olduğu bir şəraitdə, cari ilin 6 ayı üzrə tədiyə balansının əsas maddələri olan cari əməliyyatlar balansında (CƏB) 598,2 milyon dollar profisit, kapital və maliyyənin hərəkəti hesabında isə 956,4 milyon dollar kəsir yaranıb. Ehtiyat aktivləri 957,5 milyon dollar azalıb.

"Kommersant.az" Mərkəzi Banka istinadla xəbər verir ki, bu dövrdə neftin orta qiyməti 41,9 dollar/barrel olub, qeyri-neft ixracı isə 6,1 faiz azalıb.