USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Cari əməliyyatlar balansında 598,2 milyon dollar profisit yaranıb

15.09.2020 Bank
0 0
Xarici mühitin əlverişsiz olduğu bir şəraitdə, cari ilin 6 ayı üzrə tədiyə balansının əsas maddələri olan cari əməliyyatlar balansında (CƏB) 598,2 milyon dollar profisit yaranıb

"Kommersant.az" Mərkəzi Banka istinadən xəbər verir ki, hesabat dövründə cari əməliyyatlar balansının profisiti ötən ilin müvafiq dövrünə nəzərən 5,1 dəfə azalaraq 598,2 milyon dollar təşkil edib. Neft-qaz sektoru üzrə cari əməliyyatlar balansının profisiti illik ifadədə 1,9 dəfə (2,8 milyard dollar) azalaraq 3,3 milyard dollar, qeyri-neft sektoru üzrə kəsir isə 12,1 faiz (0,4 milyard dollar) azalaraq 2,7 milyard dollar olub. Nəticədə cari əməliyyatlar balansında neft-qaz sektorunun profisiti qeyri-neft sektorunun kəsirini tam örtüb. CƏB profisiti əsasən xarici ticarət balansının profisiti hesabına formalaşıb.