USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bitkoin bahalaşdı

23.10.2020 Bank
0 0
Bitkoin kriptovalyuta bazarının lokomotivi rolunu bərpa edərək, son zamanların əsas xəbər carçısı olmuşdur.

Cümə axşamı kriptovalyuta 24 saat ərzində 4.3% bahalaşmış və ticarət sessiyasının sonunda 13110$-da bağlanmışdır . Ümumiyyətlə, Bitkoin bu həftənin əvvəlindən bəri 11%-dən çox bahalaşıb.

Əvvəlcə, o, "Square", "MicroStrategy", "Stone Ridge" də daxil olmaqla, böyük institusional şirkətlərin investisiya xəbərləri ilə dəstəkləndi. Daha sonra İngiltərənin "Mode Global Holdings PLC" fintek şirkətinin ehtiyat aktiv kimi BTC-nin alınması üçün kapitalının 10%-i investisiya edəcəyini bildirmışdir.

Lakin bu, "PayPal"-ın Bitkoin də daxil olmaqla, kriptovalyutaların alqı-satqısı imkanını əlavə etməsi barədə elanları ilə müqayisə olunmazdır. (investaz.az)