Bankomatların sayı artıb - RƏQƏMLƏR

10.07.2018 Bank
Azərbaycanda fəaliyyət göstərən banklara aid bankomatların pos-terminalların sayı artıb.

“Kommersant” Mərkəzi Bankın 2018-ci ilin may ayı üçün açıqladığı icmala istinadən xəbər verir ki, Azərbaycan da ümumilkdə olan bankomatların sayı 2467 ədədə çatıb. Lakin ötən ilin eyni dövrü ilə müqayisə etsək, onda bankomatların sayının azaldığını müşahidə edərik.

Məlumat üçün bildirək ki, 2018-ci ilin yanvar ayında bankomatların sayı 2439 ədəd olub.

Hazırda 2467 ədəd bankomatın 1325-i paytaxt Bakının, 1142 ədədi isə regionların payına düşür.

Məlumata görə, pos-terminalların sayı da artıb. Belə ki, Bakıda 36 min 899 ədəd, regionlarda isə 28 min 363 ədəd pos-terminal var.