USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Sabahın hava proqnozu açıqlanıb

10.07.2018 İqtisadiyyat
0 0
Bakıda və Abşeron yarımadasında iyulun 11-də hava şəraitinin günəşli olacağı gözlənilir. Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən "Kommersant"a məlumatına görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 24-27, gündüz 35-40, Bakıda gecə 25-27, gündüz 38-40 dərəcə isti olacağı gözlənilir.

Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu, nisbi rütubət gecə 60-70, gündüz 35-45 faiz təşkil edəcək.

İyulun 11-də Abşeron şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba) dəniz suyunun temperaturu 27-28, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 28-29 dərəcə isti təşkil edəcək.

Şimal-şərq küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq, arabir güclənəcək. Bununla əlaqədar çimərliklərə üz tutanlara ehtiyatlı olmağı tövsiyyə edirik.

Azərbaycanın rayonlarında hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturunun gecə 22-27, gündüz 35-40, bəzi yerlərdə 42, dağlarda gecə 15-20, gündüz 28-33 dərəcə isti olacağı gözlənilir.

İyulun 11-12-də Abşeron yarımadasında zəif küləklərin üstünlüyü, bəzi saatlarda durğun və rütubətli hava şəraiti fonunda isti temperatur diskomfortu gözlənilir ki, bu da əksər əhali üçün əlverişsiz olacaq.

  • Əvvəlki

    İdarəetmə orqanlarına müstəqillik verilməlidir - AÇIQLAMA

Digər xəbərlər

16.04.2024 İqtisadiyyat
İnflyasiya enib: Ərzaq ucuzlaşacaq?
0 0
16.04.2024 İqtisadiyyat
Bu günə olan valyuta məzənnələri
0 0
15.04.2024 İqtisadiyyat
Goldman Sachs-ın xalis mənfəəti artıb
0 0