PAŞA Bank İstanbulun mərkəzində 90 milyona 6 mərtəbəli bina aldı

21.06.2018 Bank
Azərbaycanın PAŞA Bankı Türkiyədə törəməsi üçün (Baş ofis binası olaraq istifadə etmək üçün) İstanbulda 6 mərtəbəli, 22 min kvadratmetrlik bina satın alıb.

"Kommersant" xəbər verir ki, açıqlama verən bank, yeni ofisinə 2019-cu ildə köçməyi planlaşdırır.

Bina 252 milyon 654 min 500 Türk Lirəsinə (90 milyon 400 min manat) nağd alınıb. Satınalama 18 İyun 2018-ci ildə başa çatdırılıb.

"PAŞA Bank Türkiyə"nin Baş direktoru H. Cenk Eynehan; "Yaxın dövrdə "PAŞA Holdinq"in birbaşa investisiyası ilə sərmayəmizi 500 milyon TL-yə qaldırmışıq. Bütün bu addımlar, baş sərmayəçilərimiz PAŞA Bank, PAŞA Holding-n və Azərbaycanlı investorların ölkəmizə və iqtisadiyyatımıza göstərdiyi etimadın bariz göstəricisidir",- deyib.

"19 Ocak 2018 tarihli 2018/02 sayılı Yönetim Kurulu kararına istinaden İstanbul İli, Kağıthane İlçesi, Merkez mahallesinde, 8683 ada, 3 parselde kayıtlı, 1., 2., 3., 4., 5., 6. bağımsız bölümler numaralı, ana gayrimenkul vasfı kargir işyeri olan, yüzölçümü 1.571,76 (m 2 ) ve toplam inşaat alanı 21.697,28 (m 2 ) olan taşınmazın, Banka Genel Müdürlük Binası olarak kullanılmak üzere satın alınmasına karar verilmiştir. Söz konusu alım işlemi 18/06/2018 tarihinde tamamlanmış, taşınmaz 18/06/2018 tarihinde PASHA Yatırım Bankası A.Ş. adına tapuda devralınmıştır".