USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Access Bankirlər Məktəbi”nə qeydiyyat başladı

14.12.2020 Bank
0 0
Gənc, dinamik və öyrənməyə meyilli yeni məzunların nəzərinə: “Access Bankirlər Məktəbi” yenidən qeydiyyata başlayır! Bu məktəbdə siz bank işi haqqında praktik biliklər və gələcək karyeranızda tətbiq edəcəyiniz bacarıqlar əldə edəcəksiniz. Bu işdə sizə “AccessBank”da uzun illər fəaliyyət göstərən peşəkarlar yardımçı olacaq. Onlayn keçiriləcək təlimlərə evinizi tərk etmədən qoşula bilərsiniz.

“Access Bankirlər Məktəbi”ndə:

Bank və onun müxtəlif istiqamətləri ilə
Peşəkar təlimçilər ilə tanışlıq;
Təlim müddətində təqaüd
Bankda karyera imkanı əldə edəcəksiniz.
Proqram çərçivəsində iştirakçılar mikrokreditləşmə, pərakəndə bankçılıq, marketinq, risklərin idarə olunması, kiçik və orta biznes müştərilər i ilə işin aparılması kimi sahələrlə də tanış olacaqlar.

Potensial namizəddən gözləntilər:

Ən azı bakalavr dərəcəsi
• Komandada işləmək bacarığı
• Analitik təfəkkür
• “AccessBank”da karyera qurmaq istəyi
• Rus və / və ya ingilis dili
Onlayn proqrama qatılmaq üçün iş təcrübəsi tələb olunmur. “Access Bankirlər Məktəbi”nə müraciət etmək üçün 15.01.2021-ci il tarixinədək qeydiyyatdan keçə bilərsiniz.

Növbəti 3 həftə ərzində namizədlərin seçimi aparılacaq və seçilmiş şəxslərə elektron məktub və SMS vasitəsilə məlumat veriləcək.

Hər kəsə uğurlar!