USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Gürcüstan fevraldan beynəlxalq uçuşlara qadağanı ləğv edəcək

14.12.2020 Dünya
0 0
“Gələn ilin fevral ayından etibarən Gürcüstanda beynəlxalq uçuşlara tətbiq olunan bütün məhdudiyyətlər aradan götürüləcək”.

Bu barədə ölkənin iqtisadiyyat naziri Natia Turnava bildirib.

Onun sözlərinə görə, pandemiyaya baxmayaraq, hava limanlarının genişləndirilməsi üzrə infrastruktur layihələrin icrası dayandırılmayıb: “Kutaisi və Batumi aeroportlarının genişləndirilməsi layihələri yekunlaşmaq üzrədir. Yenilənən infrastruktur qonaqlar və vətəndaşlarlarımıza xidmət edəcək”.