USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

myCard ilə Yenİliyi qarşıla!

29.12.2020 Bank
0 0
“AccessBank” Yeni ili “myCard” brendi altında yenilənmiş kart məhsulları ilə qarşılayır. Yeni “myCard” kart çeşidlərinə “my Card Standart”, “my Card Premium”, “my Card Lux” və “my Card Junior" kartları daxildir. Müxtəlif yaş və müştəri kateqoriyalarını əhatə edən kartlar sahiblərinin gündəlik həyatlarını asanlaşdıracaq.

Yeni “myCard” kartları müsbət qalıqlara illik 6%-dək gəlir hesablamaqla yanaşı, özündə konsiyerj, beynəlxalq hava limanlarının VIP gözləmə zallarından istifadə, səyahət sığortası, “Access Qazanc” kəşbək, sms xəbərdarlıq və digər rahat və təhlükəsiz xidmətləri birləşdirir. Qeyd olunan xidmətlər ödənişsizdir.

7-17 yaş arası olan uşaqlar üçün nəzərdə tutulan “myCard Junior” isə oglan və qızlar üçün olmaqla 2 fərqli dizaynda təqdim edilib. Bu kart da “myCard” brendi altında yenilənmiş kart məhsullarının üstünlüklərinə malikdir. Bu kartların vasitəsilə valideynlər övladlarının xərclərinə rahat nəzarət edə biləcəklər. Bu kartda da müsbət qalığa görə faiz qazanmaq imkanı mövcuddur.

“myCard” kart məhsulları haqqında əlavə məlumat almaq üçün Bankın 151 Əlaqə mərkəzinə zəng edə, 055 440 01 51 “whatsapp” nömrəsinə yaza və ya //www.accessbank.az/az/private/cards/mycard/ linkinə daxil ola bilərsiniz.