USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Qala Sığorta”nın yığımları 11 milyon manata yaxın azalıb

01.04.2026 İqtisadiyyat
0 0
“Qala Sığorta” ASC-nin 2026-cı ilin yanvar-fevral ayı üzrə yığım və ödəniş üzrə hesabatı açıqlanıb.

Kommersant.az-ın məlumatına görə, bu il şirkətin yığımlarında azalma müşahidə olunub.

Şirkət yanvar-fevral ayında 8.553 mln manat həcmində sığorta haqqı toplayıb. Bu da 2025-ci ilin eyni ayı ilə müqayisədə 10.676 mln manat və ya 56% azalma deməkdir.

Ötən ilin eyni dövrünə bu göstərici 19.229 mln. manat təşkil etmişdir.