Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 22-də Asiya İnkişaf Bankının İdarə Heyəti Şurasının üzvlərini qəbul edib.
Xəbər yenilənəcək....
Xəbər verdiyimiz kimi, Maliyyə Nazirliyində Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya departamentinin direktoru və Bankın İcraçı Direktorlar Şurasının üzvləri ilə görüşlər keçirilib.
Görüşlər zamanı həmçinin, Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırki vəziyyəti və gələcək istiqamətləri, o cümlədən neft-qaz, avtomobil və dəmir yolları nəqliyyatı, energetika, su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması layihələri, Kontrtsiklik Proqramının maliyyələşdirilməsi və digər qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.