USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Turan Bank”da yeni departament rəhbəri təyin edilib

01.03.2021 Bank
0 0
“Turan Bank” ASC-nin İnformasiya texnologiyaları departamentinin yeni direktoru təyin edilib.

"Kommersant.az" banker.az-a istinadla xəbər verir ki, bu departamentə rəhbərlik, indiyə qədər hazırkı vəzifənin müvəqqəti icraedicisi olan Emil Həsənov təyin edilib.

O, 7 ildir ki, “Turan Bank”da çalışır. 2018-ci ilin iyulundan bu departamentin direktor müavini idi. Buna qədər departamentin rəhəbri Bəxtiyar Məmmədov idi. Onun vəzifəsindən ayrılmasından sonra, E.Həsənov departamentə müvəqqəti icraedici kimi rəhbərlik edirdi.

Hazırda “Turan Bank”ın strukturunda 11 departament fəaliyyət göstərir.