Türkiyə iqtisadiyyatı ötən il 2%-ə yaxın böyüyüb

01.03.2021 İqtisadiyyat
2020-ci ildə Türkiyədə istehsal olunmuş ümumi daxili məhsulun (ÜDM) dəyəri 2019-cu illə müqayisədə 1,8% çox olub.

Bu barədə Türkiyənın Statistika Təşkilatının (TÜİK) hesabatında bildirilir.

Sənəddə həmçinin deyilir ki, ötən ilin IV rübündə ölkə iqtisadiyyatı əvvəlki ilin eyni dövrünə nisbətən 5,9%, əvvəlki rüblə müqayisədə isə 1,7% böyüyüb.

2020-ci ildə Türkiyədə kənd təsərrüfatında 4,8%, sənayedə 2% artım qeydə alınıb, inşaat və xidmət sektorları isə müvafiq olaraq 3,5% və 4,3% kiçilib.

Ötən il Türkiyə iqtisadiyyatına qoyulmuş investisiyaların məbləği əvvəlki ilə nisbətən 6,5% artıb.

Hesabat dövründə ölkədə ev təsərrüfatlarının xərcləri 3,2%, o cümlədən istehlak xərcləri 2,3% artıb.