USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar kreditlərində 1 milyarddan çox geriləmə - HESABAT

30.03.2021 Bank
0 0
Azərbaycanda fəaliyyət göstərən bankların xarici valyutada ayırdığı kreditlərin həcmi azalıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında məlumat verilib.

Hesabata görə, 2021-ci ilin fevral ayında banklar 4 212 milyon manat dəyərində krediti xarici valyuta ilə verib. Bu, yanvar ayı ilə müqayisədə 75,7 milyon manat azdır.

Yanvarda xarici valyuta olan kreditlərin məbləği 4 287,7 milyon manat olub.

Onu da deyək ki, həmin kreditlərin həcmi 2020-ci ilin fevral ayı ilə müqayisədə 1 287 milyon manat azalıb. Həmin vaxt xarici valyutada olan kreditlərin məbləği 5 499 milyon manat təşkil edib. Ötən ilin sonuna isə bu göstərici azalaraq 4 326,4 milyon manata çatıb.