USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Əhalinin xarici valyutada əmanətləri azalıb

22.04.2021 Bank
0 0
2021-ci ilin yanvar-mart aylarında əhalinin bank əmanətləri (fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vəsaitləri daxil olmaqla) 0,4% - 8 milyard 147,5 milyon manatadək artıb.

Azərbaycan Mərkəzi Bankından (AMB) bildirilib ki, bu dövrdə əhalinin xarici valyutada əmanətləri 1,2% - 4 milyard 101,7 milyon manatadək və ya bütün əmanətlərin 50,3%-i səviyyəsində azalıb.

Qeyd edək ki, 2020-ci ilin yekunları üzrə xarici valyutada əmanətlərin xüsusi çəkisi 50,8% təşkil edib.

Yanvar-mart aylarında əhalinin milli valyutada əmanətlərinin həcmi 0,4% - 4 milyard 45,8 milyon manatadək (bütün əmanətlərin 49,7%-i) azalıb.

31 mart 2021-ci il tarixinə rezidentlərin bank əmanətlərinin həcmi 7 milyard 868 milyon manat, qeyri-rezidentlərin – 279,4 milyon manat təşkil edir.

Hesabat dövründə rezidentlərin əmanətlərinin həcmi 0,4%, qeyri-rezidentlərin əmanətlərinin həcmi 0,5% azalıb.

Martın 31-nə banklarda əmanət və depozitlərin həcmi 23 milyard 825,9 milyon manat təşkil edir ki, bu da 2020-ci ilin sonuna olan göstəricidən 0,8% çoxdur.