USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Banklar niyə uzunmüddətli kredit verməkdə istəksizdir? - SƏBƏB

30.04.2021 Bank
1 0
Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) məlumatına görə, Azərbaycanda şirkətlərin öz daxili layihələrini maliyyələşdirmək üçün AYİB-lə əməkdaşlığı həm də ondan irəli gəlir ki, sözügedən müəssisələr yerli bazarda yüksək məbləğdə məqbul şərtlərlə olan kreditlər cəlb edə bilmir.

“Kommersant.az” xəbər verir ki, bu gün faiz dəhlizinin parametrlərinə dair onlayn mətbuat konfransında çıxış edən Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov bu məsələyə toxunub.

E.Rüstəmov bildirib ki, bu gün bank sektorunda likvidlik səviyyəsi normanı iki dəfə üstələyir və 63-64% təşkil edir, bu, dəyəri olan vəsaitlərdir və banklar onları istifadə etməkdə maraqlıdır.

Lakin onun sözlərinə görə, bankların Azərbaycanda bizneslərə uzunmüddətli kredit verməkdə istəksizliyi sözügedən maliyyə təşkilatlarının öz resurslarının qısamüddətli olması ilə əlaqədardır və onlar qısamüddətli resursları ilə uzunmüddətli öhdəlikləri və kreditləri maliyyələşdirmək məcburiyyətindədir, bu isə riskli prosesdir.