USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Dollar/TL məzənnəsi açıqlandı

30.04.2021 İqtisadiyyat
0 0
Dollar/TL məzənnəsi stabilliyini saxlayır.

“Kommersant.az” Banker.az-a istinadən xəbər verir ki, Türkiyə Mərkəzi Bankının sədri Şahab Kavcıoğlunun ilk inflyasiya hesabatından sonra əsaslı dəyişikliyin müşahidə edilmədiyi məzənnə həftənin sonuncu iş gününə təqribən dünənki səviyyələrdə başlayıb.

Bazar ertəsi 8.48 səviyyəsinədək yüksələn Dollar/TL hazırda 8.15-8.20 səviyyələri aralığında dəyişir.

Xatırladaq ki, Türkiyədə bu gün xarici ticarət və turizm gəlirləri açıqlanacaq. Avropada iqtisadi artım göstəriciləri, ABŞ-da isə şəxsi xərclər və inflyasiya göstəriciləri izləniləcək.