USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Azər-Türk Bank”ın strukturunda dəyişikliklər və yeni təyinatlar olub

30.06.2021 Bank
0 0
Azərbaycanda ikinci dövlət bankı olan “Azər-Türk Bank” ASC-nin təşkilatı strukturunda bir sıra dəyişiklik və təyinatlar olmuşdur.

"Kommersant.az" xəbər verir ki, ATB-nin idarəedici strukturunda Müştəri Əlaqələrinin İdarə Edilməsi Mərkəzi yaradılıb, bu mərkəzə Mədinə Quliyeva Elşad qızı rəhbər təyin edilib.

Bank təhlükəsizliyi departamentinin direktoru Cəfərov Natiq Famiq oğlu təyin edilib. Buna qədər bu departamenti Bağırov Fazil Rafət oğlu müvəqqəti icra edici kimi idarə edirdi.

Ödəniş kartları departamentinin adı dəyişdirlərək bundan sonra Proesessinq departamenti kimi fəaliyyət östərəcək. Departamentin direktoru isə Abdulov Namid Natiq oğludur.

Xəzinədarlıq departamentinin bundan sonra Xəzinədarlıq Mərkəzi kimi fəaliyyət göstərəcək. Mərkəzin rəhbəri Yusubov İlqar Fayuz oğludur.