USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bank VTB işçi axtarır - VAKANSİYA

12.07.2021 Bank
0 0
Bank VTB Qrafik Dizayner vəzifəsinə işçi axtarır.

Tələblər:

• Adobe Photoshop, Adobe Illustrator, Adobe InDesign, Corel Draw və s. üzrə biliklər
• veb-dizayn Adobe XD, Figma, Sketch və s.
• UI / UX üzrə fundmental biliklər
• Reklamın, poliqrafiyanın, promo məhsulların əsaslarını, çap nəşrlərinin səhifələrinin yığılması qaydaları
• GIF formatında animasiya yaratma bilikləri arzuolunandır
• Sosial şəbəkələr üçün şərhlər yazmaq
• Brendbukla işləmək bacarığı
• Komandada işləmək bacarığı
• Kreativ düşüncə tərzi / İnkişafa can atmaq
• İş təcrübəsi: 1-3 il
• Mükəmməl dil bilikləri (Azərbaycan, Rus);
• Ünsiyyət bacarıqları;
• Stressə qarşı dözümlülük.

Vəzifələri:

• Reklam elanlarının və digər material və sənədlərin maketlərinin əslinin qrafik hissəsinin tərtibatı
• Sosial şəbəkələr üçün məlumatların yaradılması
• Çap və promo materiallarının dizaynı və hazırlanması
• Web üçün UI/UX maketlərin yaradılması
• Potensial reklam yerləşdirənlərə reklam imkanlarını təqdim etmək üçün nəzərdə tutulmuş kommersiya reklamının qrafik hissəsinin hazırlanması
• Hazırlanan reklam elanlarının original maketlərinin və orijinal maketlərin qrafik elementlərinin hazırlanmasının Reklam haqqında qanununun tələblərinə, sifarişçinin, reklam xidmətinin məsul işçisinin tələblərinə, təşkilatda mövcud daxili tələblərə, keyfiyyət tələblərinə uyğunluğuna nəzarət
• Planların, görülən işlər barədə hesabatların və digər sənədlərin tərtibi və bilavasitə rəhbərə təhvil verilməsi və ondan lazımi sənədlərin alınması
• Birgə tapşırıqları yerinə yetirmək üçün reklam xidmətinin əməkdaşları ilə qarşılıqlı əlaqə
• Bənzər yerli və xarici məhsulların müqayisəli təhlilinin aparılması, estetik səviyyəsinin qiymətləndirilməsi.

Tələblərə uyğun namizədlərdən şəxsi anket formasını [email protected] elektron poçt ünvanına göndərmələri xahiş olunur (CV formaları, mövzu hissəsində vakansiyanın adını qeyd etməklə göndərilməlidir).