“Unibank KB” ASC-nin İdarə Heyətinə yeni üzv təyin edilib.
“Kommersant.az” xəbər verir ki, bu, Emin Rəsulzadədir.
E.Rəsulzadə ötən ay, “Unibank” rəhbərliyinin qərarı ilə Müşahidə Şurası sədrinin maliyyə məsələləri üzrə müşaviri vəzifəsinə təyin olunmuşdu.
O, əvvəllər uzun müddət Unibank komandasının üzvü olub. Sonuncu təyinatadək Emin Rəsulzadə “ABB –Moskva” Bankında İdarə heyəti sədrinin müavini, İdarə heyətinin üzvü vəzifəsində çalışıb.