USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

20 qəpiyə alınıb 80 qəpiyə satılan pomidor – Niyə bu qədər fərq var?

26.07.2021 İqtisadiyyat
0 0
Saatlıda pomidor yığımı davam edir. 2 həftədir sahədən məhsul yığılır və indiyədək 30 ton məhsul tədarük edilib.

“Kommersant.az” xəbər verir ki, məhsul bol olsa da, qiymətlər aşağıdır.

Hazırda sahədə pomidorun kiloqramı 20 qəpiyə satılır. Bu isə təsərrüfat sahiblərini qane etmir. Çəkilən xərclə müayisədə qazanc aşağı olur

1 hektarlıq sahədən ümumilikdə 50 ton məhsul götürülməsi nəzərdə tutulub. Yığım hələ 1 ay davam edəcək. Fermerlər bundan sonraki müddətdə qiymətlərin bir qədər qalxmasına ümid edirlər…

Paytaxt bazarlarında isə sahələrdə 20 qəpiyə belə alınmayan pomidor bundan 4 dəfə baha, yəni 60-80 qəpik arasında qiymətə təklif edilir.

Alıcılar isə bu mövsüm üçün qiymətlərin baha olmasından gileylənirlər.

Satıcılar yaxın günlərdə pomidorun qiymətinin enməsini gözlədiklərini bildiriblər.