USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Mərkəzi Bank faiz qərarını açıqladı - SON DƏQİQƏ

30.07.2021 Bank
0 0
Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyəti faiz dəhlizi parametrlərinin dəyişməz saxlanılması haqda qərar qəbul edib.

“Kommersant.az” xəbər verir ki,bunu Azərbaycan Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov açıqlayıb.

Məlumata görə, Uçot dərəcəsi 6.25%, dəhlizin aşağı həddi 5.75%, yuxarı həddi isə 6.75% səviyyəsində saxlanılmışdır.

Ötən iclasdan bəri risk balansında inflyasiyanı hədəfdən kənarlaşdıra biləcək əhəmiyyətli dəyişikliklər baş verməmişdir. İnflyasiya başlıca olaraq qeyri-monetar xarakterli birdəfəlik xərc və mövsümi faktorlardan təsirlənir. Əlverişli xarici mühit fonunda valyuta bazarında tarazlıq xərc amillərinin təsirlərini balanslaşdırır. Bərpa prosesində olan məcmu tələbin təklifi üstələməklə inflyasiya təzyiqi yaradacağı gözlənilmir. Son aylarda inflyasiya gözləntilərində dəyişikliklər baş versə də, yenilənmiş proqnozlar ilin sonuna inflyasiyanın hədəf daxilində qalacağını göstərir.

Faiz dəhlizinin parametrlərinə dair növbəti qərarlar inflyasiyanın faktiki və gözlənilən səviyyəsinin hədəfə nəzərən qiymətləndirilməsi, məcmu tələbin bərpası tempi, xarici və daxili risklərin dəyişimi nəzərə alınmaqla qəbul ediləcək.