USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Manatın dollara nəzərən məzənnəsində dəyişiklik olacaq? - RƏSMİ

29.07.2022 Bank
0 0
İlin sonunadək manatın dollara nəzərən məzənnə siyasətində dəyişikliklər gözlənilmir.

Bunu Mərkəzi Bankın sədri Taleh Kazımov mətbuat konfransında deyib.

"Hazırda tədiyə balansının profisiti və valyuta hərraclarında tələbin kəskin azalması nəzərə alınaraq Mərkəzi Bank ilin sonunadək manatın məzənnəsində dəyişiklik gözləmir", - deyə o bildirib.

Sədrin sözlərinə görə, hazırda bankların əhalidən nağd valyuta alış həcmləri satışı üstələyir.

"Əhali almaqdan daha çox, valyutanı satır. Bu vəziyyətə əsasən, Azərbaycana pul köçürmələrinin artması da təsir göstərir", - T.Kazımov deyib.

Bank rəhbəri bildirib ki, 2022-ci ilin iyununda banklar 109,8 milyon dollar məbləğində nağd valyuta alıb, bu isə son yeddi il ərzində ən yüksək göstəricidir.