USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Bu şəxslərə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldıldı

29.07.2022 İqtisadiyyat
0 0
Azərbaycanda məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb.

"Kommersant.az" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı “Məhkəmələr və hakimlər haqqında” Qanuna dəyişiklik edilməsi barədə Qanunda öz əksini tapıb.

Belə ki, dəyişikliyə əsasən, bundan sonra məhkəmə hakimlərinə məzuniyyətə çıxan zaman yalnız məzuniyyət pulu ödəniləcək.

Qeyd edək ki, indiyədək isə hakimlərə məzuniyyətə çıxarkən məzuniyyət haqqı ilə yanaşı, 2 aylıq vəzifə maaşı həcmində pul vəsaiti də ödənilirdi.