Əmanətlərin faiz dərəcələri azalır - RƏSMİ

05.07.2018 Bank
Müştərilərə təklif edilən kreditlərin faiz dərəcəsi isə artır

"Kommersant" Azərbaycan Mərkəzi Bankının (AMB) açıqladığı icmala istinadən xəbər verir ki, bu ilin may ayına aiddir. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici valyuta ilə olan əmanətlərin faiz dərəcəsində azalma müşahidə edilir. Belə ki, ötən il fiziki şəxslər üçün xarici valyuta ilə olan depozitlərin faiz dərəcəsi 4,47% olub. Lakin bu ilin müvafiq dövründə bu rəqəm 3,32% təşkil edib.

Milli valyutada olan depozitlərin faiz dərəcəsi ötən ilin eyni dövründə 11,32% təşkil etdiyi halda, indiki dövrdə bu, 10,69% müəyyənləşib.

Əmanətlərin faiz dərəcəsinin azalmağına baxmayaraq, müştərilərə verilən kreditlərin faiz dərəcəsində azalma müşahidə olunmur. Bunu da onunla izah etmək olar ki, hazırki dövrdə banklar mümkün risklərdən qorunmaq üçün bu addımı atıb.

Qeyd edək ki, fiziki şəxslər 2018-ci ilin may ayında banklara ümumilikdə 7 milyard 867 milyon manat əmanət yerləşdirib. Banklar isə müştərilərə 11 milyard 945 milyon manat kredit verib.