Dörd böyük bankın xalis mənfəəti üzrə - SİYAHI

23.01.2023 Bank
13 0
Azərbaycanda fəaliyyət göstərən korporativ banklar arasında dörd böyük bankın xalis mənfəəti üzrə hesabatı bəlli olub.

Kommersant.az xəbər verir ki, siyahıdakı banklar arasında ən az mənfəətə “Xalq Bank” sahib olub. Belə ki, “Xalq Bank”ın xalis mənfəəti 27 milyon 215 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 74 milyon manat azdır.

Siyahıdakı digər banklara nisbətən xalis mənfəəti ən az artan bank isə “Azərbaycan Beynəlxalq Bankı” olub. Belə ki, bankın sözügedən mənəfəəti 45 milyon 600 min manat artaraq 254 milyon 379 min manata yüksəlib.

Ən çox xalis mənfəətə isə “Kapital Bank” sahib olub. Belə ki, bankın mənfəəti 128 milyon 84 min manat artaraq 308 milyon 47 min manata bərabər olub. Bu da siyahıya görə ən yüksək artımdır.

Bankın Adı

2022 (IV Rüb)

2021(IV Rüb)

Fərq

ABB

254.379

208.779

45.600

Paşa Bank

149.394

90.180

59.214

Kapital Bank

308.047

179.963

128.084

Xalq Bank

27.215

27.289

-74