USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Yapı Kredi Bank” 2022-ci ilin yekununa olan hesabatını açıqlayıb

30.01.2023 Bank
22 7
“Yapı Kredi Bank” (Azərbaycan) 2022-ci ilin son rübünə olan hesabatını açıqlayıb. Hesabata görə sözügedən bankın xalis mənfəəti 2 milyon 83 min manat artaraq 1 milyon 153 min manat olub.

Kommersant.az xəbər verir ki, “Yapı Kredi Bank”ın məcmu kapitalı 2021-ci ilin son rübü ilə müqayisədə 760 min manat və ya 0.1% artaraq 75 milyon 75min manata bərabər olub.

CƏMİ AKTİVLƏRİ ARTIB

“Yapı Kredi Bank”ın cəmi aktivləri 2021-ci ilin son rübü ilə müqayisədə 87 milyon 120 min manat və ya 22% artaraq 481 milyon 927 min manata çatıb.

Bu artımda kredit portfelinin payı 71.2% olub. Belə ki, bankın kredit portfeli 1 il ərzində 62 milyon 32 min manat və ya 35.5% artaraq 236 milyon 945 min manata çatıb. Bu artımda ən böyük paya 83.7%-lə biznes kreditləri sahib olub. Belə ki, bankın bzines kreditləri 2021-ci ilin analoji dövrü ilə müqayisədə 51 milyon 910 min manat və ya 44.3% artaraq 169 milyon 165 min manata bərabərləşib. Budan başqa “Yapı Kredi Bank”ın istehlak kreditləri də 5 milyon 156 min manat və ya 12.8% artaraq 45 milyon 307 min manata çatıb. Bankın daşınmaz əmlaka ayırdığı kreditlər isə 4 milyon 965 min manat və ya 28.4% artaraq 22 milyon 471 min manat olub.

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 683 min manat azaldaraq 38 milyon 215 min manata endirən “Yapı Kredi Bank”ın xalis kreditləri 198 milyon 729 min manata bərabər olub. Bu da 2021-ci ilin müvafiq dövrü ilə müqayisədə 62 miylon 714 min manat və ya 46.1% çoxdur.

Bankın öhdəliklərinin cəmi 1 il ərzində 85 milyon 107 min manat və ya 27.2% artaraq 397 milyon 852 min manata bərabərləşib. Bu artımda depozit protfelinin payı 91.8% olub. Belə ki, “Yapı Kredi Bank”da depoziti olan hüuqi şəxslərin əmanətləri 66 milyon 456 min manat və ya 30.7% artaraq 283 milyon 106 min manata çatıb. Bankın fiziki şəxslərdən topladığı əmanətlər isə 2021-ci ilin eyni rübü ilə müqayisədə 12 milyon 254 min manat və ya 17.9% artaraq 80 milyon 751 min manat olub. Bununla da “Yapı Kredi Bank”ın depozit portfeli 363 milyon 857 min manat təşkil edib. Bu da 2021-ci ilin dördüncü rübü ilə müqayisədə 78 milyon 112 min manat və ya 27.4% çoxdur.

Bankın bölüşdürülməmiş mənfəəti 1 milyon 153 min manat artaraq 25 milyon 364 manata, ümumi ehtiyatları isə 859 min manat artaraq 3 milyon 329 min manata çatıb. Nəticədə bankın cəmi kapitalı 2 milyon 13 min manat və ya 0.2% artaraq 84 milyon 74 min manat olub.

Bankın faiz gəliri 26 milyon 235 min manat, faiz xərcləri isə 2 milyon 156 min manat təşkil edib. Buna görə də “Yapı Kredi Bank”ın xalis fəaiz gəliri 24 milyon 78 min manat olub ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 3 milyon 221 min manat və ya 15.4% çoxdur.

Qeyri-faiz gəliri 4 milyon 506 min manat və ya 31.3% artaraq 18 milyon 890 min manata, qeyri-faiz xərcləri isə 3 milyon 501 min manat və ya 11.9% artaraq 32 milyon 794 min manata yüksəlib. Buna görə də bankın əməliyyat mənfəəti 10 milyon 174 min manata çatıb ki, bu da 2021-ci ilin son rübü ilə müqayisədə 4 milyon 226 min manat və ya 71% çoxdur.

Yapı Kredi Bank

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

Cəmi Aktivlər

481.927

394.807

87.120

Kredit

236.945

174.913

62.032

İstehlak kreditləri

45.307

40.151

5.156

Biznes kreditləri

169.165

117.255

51.910

Daşınmaz əmlak kreditləri

22.471

17.506

4.965

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

38.215

38.898

-683

Xalis Kreditlər

198.729

136.015

62.714

Cəmi Öhdəliklər

397.852

312.745

85.107

Depozit

363.857

285.148

78.112

Fiziki şəxslərin depozitləri

80.751

68.497

12.254

Hüquqi şəxslərin depozitləri

283.106

216.650

66.456

Cəmi Kapital

84.074

82.061

2.013

Səhmdar kapitalı

55.380

55.380

0

Səhmin qiymətinin dəyişməsindən gəlir (zərər)

-

-

-

Bölüşdürülməmiş mənfəət

25.364

24.211

1.153

Ümumi ehtiyatlar

3.329

2.470

859

Faiz Gəliri

26.235

22.240

3.995

Faiz Xərci

2.156

1.382

774

Xalis Faiz Gəliri/Zərəri

24.078

20.857

3.221

Qeyri-Faiz Gəliri

18.890

14.384

4.506

Qeyri-Faiz Xərci

32.794

29.293

3.501

Əməliyyat Mənfəəti (Zərəri)

10.174

5.948

4.226

Xalis Mənfəət (Zərər)

1.153

-930

2.083

Məcmu Kapital

75.075

74.315

760