USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Biznesmenlərini itirən banklar - SİYAHI

14.02.2023 Bank
23 13
Hüquqi şəxslərin Azərbaycanda fəaliyyət göstərən 25 bankdan hansına daha çox güvəndiyi və depozitlərini hansı banka əmanət etdikləri haqda sizləri məlumatlandıraq.

Kommersant.az xəbər verir ki, bankların açıqladığı maliyyə hesabatına görə, Azərbaycanda fəaliyyət göstərən banklardan 14-ü bzinesmənlərdən topladığı depoziti artırsa da, digər 8 bank biznesmen müştərilərini itirib. Maraqlısı isə budur ki, bzinesmen müştərilərini itirən bankların 5-i korporativ bankdır.

BİZNESMENLƏRİNİ İTİRƏNLƏR KORPORATİVLƏR

“AFB Bank” hüquqi şəxslərdən topladığı əmanətləri 2021-ci ilin sonu ilə müqayisədə 4 milyon 600 min manat və ya 5% azaldaraq 86 milyon 348 min manata endirib. “Bank BTB” də sözügedən depozitlərini 1 milyon 333 min manat və ya 11,2% azaldaraq 10 milyon 584 min manata salıb. “Bank VTB”nin Azərbaycan filialı biznesmenlərdən topladığı əmanəti 3 milyon 849 min manat və ya 11% azaldaraq 31 milyon 58 min manata salıb. “Muğan Bank”ın hüquqi şəxslərdən itirdiyi məbləğ 1 il ərzində 18 milyon 932 min manat və ya 16,3% azalaraq 97 milyon 101 min manata düşüb. “Premium Bank”ın da sözügedən depozitləri 65 milyon 277 min manat və ya 34,1% azalaraq 125 milyon 827 min manata enib.

RETAİL BANKLARDA BİZNESMENLƏRİNİ İTİRƏNLƏR

RETAİL banklar arasında “Rabitə Bank” “Turan Bank” hüquqi şəxslərdən topladığı əmanətləri əllərində tuta bilməyib. Belə ki, “Rabitə Bank”ın biznesmenlərindən topladığı əmanətlər 1 il ərzində 179 milyon 874 min manat və ya 38,3% azalaraq 289 milyon 972 min manata düşüb. “Turan Bank”ın hüquqi şəxslərdən aldığı əmanətlər 58 milyon 451 min manat və ya 36,6% azalaraq 101 milyon 370 min manata enib.

Biznesmenlərin əmanətlərinə ən çox sahib sahib olan bank “Azərbaycan Beynəlxalq Bankı”, ən az isə “Bank Avrasiya” olub.

Bankın Adı

Hüquqi şəxslərin əmanətləri

2022 (IV Rüb)

2021 (IV Rüb)

Fərq

1

ABB

8.715.272

6.978.691

1.736.581

2

Access Bank

141.041

131.855

9.186

3

AFB Bank

86.348

90.948

-4.600

4

ASB

96.414

-

-

5

Azər Türk Bank

183.813

113.404

70.409

6

Bank Avrasiya

12.628

6.412

6.216

7

Bank BTB

10.584

11.917

-1.333

8

Bank of Baku

35.513

25.513

10.000

9

Bank Respublika

406.930

393.154

13.776

10

Bank VTB

31.058

34.907

-3.849

11

Express Bank

41.870

37.218

4.652

12

Günay Bank

37.563

29.560

8.003

13

Kapital Bank

4.456.174

4.027.861

428.313

14

Melli İran Bankı

-

-

-

15

Muğan Bank

97.101

116.033

-18.932

16

Naxçıvan Bank

145.046

157.318

-12.272

17

Paşa Bank

5.435.615

3.388.851

2.046.764

18

Premium Bank

125.827

191.104

-65.277

19

Rabitə Bank

289.972

469.846

-179.874

20

Turan Bank

101.370

159.821

-58.451

21

UniBank

218.388

132.280

86.108

22

Xalq Bank

971 764

-

-

23

Yapı Kredi Bank

283.106

216.650

66.456

24

Yelo Bank

136.435

48.741

87.694

25

Ziraat Bank

194.126

138.396

55.730