USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“RabitəBank”ın müdafiəsi təmin edildi

13.03.2023 Bank
12 19
“RabitəBank” haqqında Vikipediya ensiklopediyasında olan köhnə məlumatların yenilənməsi tərəfimizdən təmin edildi.

Kommersant.az xəbər verir ki, bankın vikipediya ensiklopediyasındakı məlumatları tərəfimizdən sözügedən ensiklopediyanın mentoruna bildirilib və məlumatların dəyişilməsi tələb olunub. Daha sonra ensiklopediya tərəfindən bizə göndərilən məktubda dəyişişliklərin təmin olunduğu və “RabitəBank”ın məlumatlarının yeniləndiyi bildirildi.

Bankın ensiklopediya səhifəsində “RabitəBank” haqqında məlumat, İdarə Heyətinin sədri, rəsmi internet saytı və sosial şəbəkə hesabları barədə məlumatlara düzəliş edilib. Beynəlxalq ensiklopediya mentoru bankın filial və ATM-lərinin sayının düzəlməsi xahişimizi də yerə salmayıb. Bununla da “RabitəBank”ın beynəlxalq arenada dolğun məlumatlarının yer alması tərəfimizdən təmin edildi.