USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Almaniyada uçuşlar ləğv olundu

13.03.2023 Digər
6 2
Almaniyada 4 hava limanında yüzlərlə reys təxirə salınıb.

Almaniyanın Berlin-Brandenburq, Hamburq, Hannover və Bremen hava limanlarında işçilərin xəbərdarlıq aksiyası keçirməsi səbəbindən yüzlərlə reys təxirə salınıb.

Berlin-Brandenburq hava limanında çalışan təhlükəsizlik işçiləri Verdi İttifaqının çağırışı ilə həftə sonları və bayram günlərində verilən əlavə maaşların artırılmasını tələb edərək bir günlük aksiya keçirib.

Aksiya səbəbindən təxminən 270 reys ləğv edilib. İşçilər hava limanının qarşısındakı Willy-Brandt meydanına toplaşaraq nümayiş keçiriblər.

Berlin-Brandenburq Hava Limanı şirkətinin sözçüsü Sabine Deckwerth, aksiya səbəbiylə hava limanından qalxan təxminən 200 reys və hava limanına gələn 70 uçuşun ləğv edildiyini bildirib.