USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Ən sərfəli pulköçürmə sistemləri - SİYAHI

30.03.2023 Bank
7 1
Azərbaycanda 5 xarici pulköçürmə sistemi var. Banklarımızın da əksəriyyəti bundan istifadə edir. Bu sistemlərdən biri (Monex) yerli, digər 4-ü isə xarici şirkətlərdir.

Kommersant.az xəbər verir ki, ölkəmizdə fəaliyyət göstərən şirkətlər MDB ölkələrinə daha az komissiya tutur. Pul göndəriləcək ölkə məsafəsi uzandıqca tutulan komissiyanın faizi artır.

“Contact” pulköçürmə sistemi Rusiya və MDB ölkələrinə ən az 1 faiz, Türkiyəyə 1.3 faiz, Pakistan, Hindistan, Bangladeşə 500 ABŞ dollarınadək 10 dollar, 1.000 dollaradək 15 dollar, 1.000 dollardan yuxarı köçürmələrdə isə 1.25 faiz xidmət haqqı tələb edir. Sistem bütün Dünyanın Bank kartlarına köçürmədə isə 1.5 faiz komissiya haqqı tutur.

“Monex” pulköçürmə sistemi respublikadaxili köçürmələr üzrə xidmət haqqı cədvəli 10.000 AZN/USD/EUR-dək məbləğlər üzrə 0.6% (Min.2 AZN/USD/EUR) 10.000 (on min) AZN/USD/EUR-dan yuxarı məbləğlər üzrə 0.3% (minimumu yoxdur) komissiya tələb edir.

Qeyd edək ki, “Monex” təcili pulköçürmə sistemi Rusiya və İngiltərəyə pul transferləri edir.

Türkiyənin “UPT” pulköçürmə sistemi 300 USD/EUR qədər olan köçürmələrdə 3 USD/EUR, 300 - 10 000 USD/EUR üzrə köçürmələrdə məbləğin 1.3%-i qədər komissiya haqqı tutur.

Türkiyədəki Bank hesabı və kartlara köçürmələrdə isə şirkət 20.000 türk lirəsinə qədər olan köçürmələrdə 5 dollar tələb edir.

“Western Union” şirkəti isə MDB ölkələrinə 200 dollaradək olan köçürmələrdə 2, 200 dollardan çox köçürmələrdə isə 0.9% komissiya tutur. Bundan başqa şirkət uzaq ölkələrə pul transferində ən az 13 ən çox halda isə 121 dollar məbləğ tələb edir.

“Zolotaya Korona” isə MDB ölkələrinə ən az halda 1 faiz, uzaq ölkələrə isə 1 faizdən başlayaraq komissiya tutur.

Sistemin Adı

MDB ölkələrinə

Uzaq ölkələrə

Contact

1%

10$-1.25%

Monex

Min: 2$

-

UPT

-

5

Western Union

2$ - 0.9%

13$-121$

Zolotaya Korona

Min: 1%

1%-dən başlayaraq