USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Türkiyə prezidentliyinə namizəd Rusiyaya qarşı sanksiyalardan danışıb

30.03.2023 Siyasət
0 4
"Türkiyə Qərbdən sonra anti-Rusiya sanksiyalarını təkrarlamamalıdır", - deyə prezident namizədi Sinan Oğan müsahibəsində bildirib.

Qeyd edək ki, Oğanın namizədliyi Ata ittifaqı tərəfindən irəli sürülüb. Ali Seçki Komissiyası Oğanı 100 min səs toplaya bildikdən sonra prezidentliyə 4 namizəddən biri kimi qeydə alıb.

"Biz əvvəlki kimi davranmamalıyıq - Qərb necə edəcəksə, biz də edəcəyik. Bizim prioritetimiz Türkiyə və region olacaq: biz bölgəni öz evimiz hesab edirik və daxili işləri özümüz həll edə biləcəyimizə inanırıq", - Oğan bildirib.

"Sanksiyalara gəlincə, əvvəlcə sülhə şans verərdim. Düşünürük ki, həm (Rusiya prezidenti Vladimir - red.) Putinlə, həm də (Vladimir - red.) Zelenski ilə görüşərək həll yolu tapa bilərik”, - deyə siyasətçi vurğulayıb.