USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Böyük banklar üçün kritik dönəm

14.04.2023 Bank
17 8
ABŞ nəhəng bankları üçün kritik proses başladı.

Kommersant.az xəbər verir ki, dünyanın ən böyük banklarından biri olan Bank of America (BofA) strateqlərinin fikrincə, ABŞ-da S&P 500 şirkətləri üçün bu gün başlayacaq 2023-cü ilin birinci rübünün maliyyə nəticələrinin açıqlanması dövrü mənfəətlərin pisləşdiyi və zəiflədiyi bir mövsüm olacaq. Strateqlər 2023-cü ilin qalan hissəsində vəziyyətin daha pis ola biləcəyini də istisna etmirlər.

BofA strateqləri S&P 500 şirkətlərinin birinci rübün maliyyə nəticələrindən sonra bütün 2023-cü il üçün mənfəət proqnozlarını aşağı salacağını gözləyir.

Bazarda ümumi gözləntinin S&P 500 şirkətlərinin səhm başına qazancının 2023-cü ilin ilk rübündə yüzdə 6 azalacağı olduğunu ifadə edən BofA strateqləri, iqtisadiyyatın tənəzzülə girdiyi dövrlərdə mənfəət proqnozlarında eniş yönlü revizyonların sürətləndiyini xatırladıblar.

S&P 500 şirkətlərinin 2023-cü il üçün orta gəlirlilik bazar gözləntisi iyun ayından bu yana 13 faiz azalaraq 220 dollar olub. Bununla belə, BofA-nın 2023-cü il üçün proqnozu 200 dollardan aşağıdır.