USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Paşa Bank”ın aktivlər və kapital gəlirliyi azalıb - HESABAT

19.04.2023 Bank
10 6
“Paşa Bank” 2023-cü ilin ilk rübünə olan hesabatını açıqlayıb. Hesabata görə, bankın aktivlərinin gəlirliyi 0,05 faiz azalaraq 0,48 faizə düşüb. Bundan başqa “Paşa Bank”ın kapitalından istifadəsi də 2022 ci ilin 1-ci rübü ilə müqayisədə cari ilin 1-ci rübünə 0,85 faiz azalaraq 5,86 faizə enib.

Kommersant.az xəbər verir ki, “Paşa Bank”ın cəmi aktivləri 1 milyard 567 milyon manat və ya 22 faiz artaraq 8 milyard 693 milyon manata yüksəlib. Bu artımın səbəbi bankın kredit portfelinin artmasıdır. Bankın müştərilərinə verdiyi istehlak kreditləri 82 milyon 983 min manat və ya 44,35 faiz artaraq 270 milyon 63 min manata bərabərləşib. Bankın biznes kreditləri isə 12 milyon 371 min manat azalaraq 2 milyard 368 milyona düşüb. “Paşa Bank”ın daşınmaz əmlaka verdiyi kreditlərin həcmi 21 milyon 422 min manat artaraq 114 milyon 935 min manata yüksəlib. Nəticədə bankın müştərilərinə verdiyi kreditlərin həcmi 92 milyon 33 min manat və ya 3,45 faiz artaraq 2 milyard 753 milyon manata bərabərləşib.

“Paşa Bank”ın mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 8 milyon 532 min manat artıraraq 67 milyon 564 min manata çatdırıb. Buna görə də bankın xalis kreditləri 83 milyon 501 min manat və ya 3,20 faiz artaraq 2 milyard 686 milyon manata bərabər olub.

FİZİKİ ŞƏXSLƏR BANKDAKI PULUNU GERİ ÇƏKİB

Bankın fiziki şəxslərdən topladığı depozitləri 237 milyon 268 min manat və ya 12,85 faiz azalaraq 1 milyard 608 milyon manata düşüb. Hüquqi şəxslərin depozitləri isə 1 milyard 673 milyon manat və ya 43,78 faiz artaraq 5 milyard 496 milyon manata çatıb. Buna görə də bankın depozit portfeli 1 milyard 436 milyon manat və ya 25,34 faiz artaraq 7 milyard 105 milyon manata yüksəlib. Nəticədə bankın cəmi öhdəlikləri 1 milyard 418 milyon 21,64 faiz artaraq 7 milyard 972 milyon manata bərabərləşib.

XALİS MƏNFƏƏTİNDƏ KİÇİK ARTIM

“Paşa Bank”ın faiz gəliri 29 milyon 300 min manat artaraq 100 milyon 795 min manata, faiz xərcləri isə 755 min manat artaraq 12 milyon 871 min manata çatıb. Buna görə də bankın xalis faiz gəliri 23 milyon 328 min manat və ya 39,28 faiz artaraq 82 milyon 707 min manata bərabərləşib.

Bankın qeyri-faiz gəliri 3 milyon 390 min manat artaraq 29 milyon 699 min manata, qeyri-faiz xərcləri isə 10 milyon 54 min manat artaraq 52 milyon 217 min manata yüksəlib. Nəticədə bankın əməliyyat mənfəəti 16 milyon 929 min manat və ya 39,13 faiz artaraq 60 milyon 189 min manata çatıb.

“Paşa Bank”ın xalis mənfəəti 2022 ci ilin 1-ci rübü ilə müqayisədə 3 milyon 905 min amant və ya 10,18 faiz artaraq 42 milyon 231 min manatadək artıb.

Qeyd edək ki, “Paşa Bank”ın məcmu kapitalı 2023-cü ilin 1-ci rübündə 610 milyon 950 min manata bərabər olub. Bu isə 2022-ci ilin 1-ci rübü ilə müqayisədə 187 milyon 92 min manat və ya 44,14 faiz çoxdur.

Paşa Bank

2023 (I Rüb)

2022 (I Rüb)

Fərq

Cəmi Aktivlər

8.693,036

7.125,450

1.567,586

Kredit

2.753,791

2.661,758

92,033

İstehlak kreditləri

270,063

187,080

82,983

Biznes kreditləri

2.368,794

2.381,165

-12,371

Daşınmaz əmlak kreditləri

114,935

93,513

21,422

Xalis Kreditlər

2.686,228

2.602,727

83,501

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

67,564

59,032

8,532

Cəmi Öhdəliklər

7.972,686

6.554,228

1.418,458

Depozit

7.105,283

5.668,622

1.436,661

Fiziki şəxslərin depozitləri

1.608,518

1.845,786

-237,268

Hüquqi şəxslərin depozitləri

5.496,765

3.822,836

1.673.929

Cəmi Kapital

720,349

571,222

149,127

Səhmdar kapitalı

685,729

576,744

108,985

Bölüşdürülməmiş mənfəət

331,217

222,232

108,985

Ümumi ehtiyatlar

34,620

5,522

29,098

Faiz Gəliri

100,795

71,495

29,300

Faiz Xərci

12,871

12,116

755

Xalis Faiz Gəliri/Zərəri

82,707

59,379

23,328

Qeyri-Faiz Gəliri

29,699

26,309

3,390

Qeyri-Faiz Xərci

52,217

42,163

10,054

Əməliyyat Mənfəəti (Zərəri)

60,189

43,260

16,929

Xalis Mənfəət (Zərər)

42,231

38,326

3,905

Məcmu Kapital

610,950

423,858

187,092

ROA

0,48%

0,53%

-0,05

ROE

5,86%

6,71%

-0,85%