USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Avropa banklarından 2024-cü il planı

25.04.2023 Bank
15 0
Avropadan olan 16 maliyyə xidməti təminatçısı gələn ilin əvvəlində yeni Avropa ödəniş sistemini işə salmağı planlaşdırır.

Kommersant.az xəbər verir ki, Avropa Ödəniş Təşəbbüsü (EPI) tərəfindən edilən açıqlamada Avropadakı bankların öz ödəniş xidmətlərini işə salmaq təşəbbüsünü dəstəklədikləri bildirilib.

Bildirilib ki, təşəbbüsdə Hollandiyanın ABN Amro və Rabobank maliyyə institutları iştirak edib, EPI isə ödəniş xidmətləri göstərən Hollandiyada yerləşən Currence iDEAL və Lüksemburqda yerləşən PQI-ni almağı planlaşdırır.

Sözügedən ödəniş sisteminin pilot tətbiqinə 2023-cü ilin sonunda Fransa və Almaniyada başlanacaq, tətbiqi isə 2024-cü ildə digər ölkələrə yayılacaq.