USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Növbəti depozit hərracı elan edildi - MƏBLƏĞ

13.07.2018 Bank
0 0
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə növbəti depozit hərracı elan edilib.

"Kommersant" "Marja"ya istinadən xəbər ki, hərrac ilə 350 000 000 manat cəlb edilməsi nəzərdə tutulur. Hərrac 16 İyul 2018-ci il tarixində keçiriləcəkdir.

Müddət 14 gün, faiz dərəcəsi 8,01% – 9,99% aralığında müəyyən olunub.

Xəbər verdiyimiz kimi, 09.07.2018-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 845,27 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 8,01% təşkil etmişdi.