USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

BOKT-lar kredit kartları buraxa biləcək

09.06.2023 Bank
18 7
Azərbaycanda bank olmayan kredit təşkilatlarına kreditlərin verilməsi məqsədilə ödəniş hesablarının açılması, kredit kartlarının emissiyası hüququnun verilməsi təklif olunur.

Kommersant.az-ın məlumatına görə, bunu Milli Məclisin iclasında maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi üçün qanun layihələrinin müzakirəsində parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili bildirib.

Komitə sədri qeyd edib ki, qanun layihələrin hazırlanmasında beynəlxalq təcrübədən, Dünya Bankı və BVF-nin tövsiyələrindən istifadə edilib.

“Qanun layihələrinin əsas məqsədləri Mərkəzi Bankın maliyyə bazarlarında meqarequlyator funksiyalarının təsbit olunması, maliyyə bazarlarında tənzimləmə və nəzarət sisteminin müasir çağırışlara uyğun olaraq təkmilləşdirilməsi, idarəetmə prosedurlarının sadələşdirilməsi, bankçılıq sahəsində müstəqilliyin artırılması, informasiya təhlükəsizliyinin gücləndirilməsi, vətəndaşlara maliyyə əlçatanlığının artırılmasıdır”, - deyə o qeyd edib.