USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Özəl banklar regionlara kredit ayırmaq istəmir - Aşağı gəlir, yüksək risk

10.07.2023 Bank
64 14
“Özəl banklar regionlara ona görə kredit vermir ki, gəlir aşağıdır, risk isə yuxarıdır”.

Kommersant.az xəbər verir ki, bu sözləri bank məsələləri üzrə ekspert Əkrəm Həsənov illi Məclisin deputatı Vüqar Bayramovun səsləndirdiyi “regionlarda xüsusilə sahibkarların kreditlərə əlçatanlığı aşağı səviyyədədir. Paytaxtdan kənarda kreditləşmə imkanlarından kifayət qədər yaxşı istifadə edilmir” fikirlərini şərh edərkən deyib.

Əkrəm Həsənovun sözlərinə görə, banklar bilirlər ki, regionlarda gəlirlilik aşağıdır, insanlar bölgələrdə yaşamaqdan çox paytaxta üz tutur:
“Ona görə də regionlarda kredit verməkdən imtina edir. Bu kreditləri dövlət verməlidir. Dövlətin də bu sahədə iki aləti var: Sahibkarlığın inkişaf fondu, hansı ki, regionlarda sahibkarlara kredit verməlidir və Kənd Təsərrüfatı Nazirliyi, o da öz xətti ilə kənd təssürfatı üçün kreditlər verə bilir”.

Əkrəm Həsənov deyir ki, bu kreditlərin verilməsi şəffaf deyil Bu gün isə dövlət hesabına verilən kreditlər korrupsiya hesabına verilir:
“Bilinmir ki, kim müraciət etdi, kimə verildi və s. Mən dəfələrlə təklif etmişəm ki, dövlət hesabına güzəştli kreditlərin şəffaflığı haqqında qanun qəbul olunsun. Yəni dövlətdən kredit götürürsənsə, dövlət də regionlara daha çox kredit verirsə bu şəffaf olmalıdr. Həmin qrupun saytında görünməlidir ki, kimlər müraciət etmişdi, onların vəziyyəti nədir, nə istəyirlər və. Bu halda həmin kreditlər şəffaf olacaq, ədalətli bölünəcək və sahibkarların əlçatanlığı olacaq.
Soruşanda da deyirlər ki, bu qanuna görə bank sirridi. Biz kimə kredit veririk bu sirr olmalıdır.
Ona görə də qanunverici hakimiyyətimiz bu sahədə qanunlar qəbul etməlidir. Xüsusən də göstərməlidir ki, “bank sirri rejimi” dövlət hesabına alınan güzəştli kreditlərə yox, kommersiya kreditlərinə aiddir.
Yəni bu o deməkdir dövlət hesabına verilən güzəştli kreditlər açıq olmalıdır ki, nəzarət həyata keçirilsin”.