USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

Azov komandirlərinin qaytarılması Türkiyə-Rusiya münasibətlərinə necə təsir edəcək?

10.07.2023 Siyasət
4 11
Rusiya Federasiya Şurasının Müdafiə və Təhlükəsizlik Komitəsinin rəhbəri Viktor Bondarev Türkiyə hakimiyyətinin Azov milli batalyonunun komandirlərinin Ukraynaya təhvil verməsi Türkiyənin neytral ölkədən qeyri-dost ölkəyə çevrildiyini göstərir deyib.

O, Ankaranın qərarını təxribat adlandırıb: “Türkiyə hakimiyyəti NMD-nin sonuna qədər Türkiyədə ev dustaqlığında qalmalı olan Azov terror təşkilatının liderlərini Kiyevə təhvil verdi (bu, Rusiya və Ukrayna arasında əsir mübadiləsi çərçivəsində təməl daşı sazişi idi) . Türkiyə buna qəsdən məhəl qoymadı, üstəlik, Ukraynanın NATO-ya qəbulunun sürətləndirilməsini və Ukraynada hücum pilotsuz təyyarələri üçün zavodun tikintisini müdafiə etdi”.

Bəs bu çıxışlar Rusiya-Türkiyə arasındakı münasibətlərə necə təsir edə bilər?

Kommersant.az məsələni politoloq Taleh Əliyev ilə müzakirə edib.

Taleh Əliyev bildirib ki, bu verilən bəyanat Rusiyanın daxili aiditoriyasına hesablanıb. Rusiya avtoritar bir ölkədir. Burada üçüncü, beşinci və yaxud ondan sonrakı məmurların açıqlamaları Rusiyanın dövlətlərarası münasibətlərində heç bir həlledici rola malik deyil:

“Rusiya tipli ölkələrdə prezident və onun sözçüsünün dedikləri daha ciddiyə alınmalıdır, nəinkiölkənin, spikerin, baş nazirinin və digər konstitusion vəzifədə oturan şəxslərinin dedikləri”.
Politoloq bildirib ki, Ukrayna prezidentinin Türkiyəyə səfəri çərçivəsində Azov komandirlərinin Ukraynaya qaytarılması, ilə bağlı Rusiya prezidentinin sözçüsü Peskovun açıqlaması olub:
“O bildirib ki, müharibə bitənə qədər Azov döyüşçüləri Ukraynaya qaytarılmamalı idi. Amma bu prosesin baş verməsini biz çox yaxşı başa düşürük. Türkiyənin bir NATO ölkəsi kimi bu mərhələdə müəyyən öhdəliklər var və bunları yerinə yetirməlidir”.

Politoloq bildirib ki, bu da onu göstərir ki, əslində baş verən faktla bağlı Rusiya dövləti Türkiyənin mövqeyini diplomatik baxımdan daha doğru qiymətləndirib:
“Komitə sədrinin bəyanatı Türkiyə-Rusiya münasibətlərinə ciddi təsir edəcək bir bəyanatd deyil.
Ona görə hesab edirəm ki, bundan sonra da Türkiyə-Rusiya münasibətləri bu günə qədərki dinamikaya uyğun olaraq inkişaf edəcəkdir. Türkiyə-Rusiya münasibətlərində hər hansı bir gərginlik və ya çatlar yaranmayacaq. Əksinə, Türkiyənin özünün bir dövlət olaraq milli maraqlarına hesablanmış və Rusiya Türkiyə münasibətlərində digər dövlətə qarşı əlavə bir problemə çevrilməyəcək bir jest idi”.