USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Kapital Bank”ın gəlirliyi azalıb - HESABAT

24.07.2023 Bank
25 12
“Kapital Bank” 2023-cü ilin ilk yarısında 146 milyon 691 min manat xalis mənfəət əldə edib. Bu, 2022-ci ilin ilk yarısı ilə müqayisədə 19 milyon 620 min manat və ya 15.44 faiz çoxdur.

Kommersant.az bankın açıqladığı hesabata istinadən xəbər verir ki, bankın nağd pul vəsaitləri və ekvivalentləri, o cümlədən bloklaşdırılmış nağd vəsaitlərinn həcmi ötən ilin eyni rübü ilə müqayisədə 185 milyon 707 min manat azalaraq 1 milyard 756 milyon 646 min manata enib. Bu azalma bankın cəmi aktivlərini azaltmağa yetməyib. Belə ki, “Kapital Bank”ın kredit portfeli 410 milyon 736 min manat artaraq 3 milyard 547 milyon 687 min manata yüksəlib. Buna görə də “Kapital Bank”ın cəmi aktivləri 338 milyon 297 min manat və ya 4.44 faiz artaraq 7 milyard 944 milyon 408 min manata bərabərləşib. Kredit portfelinin artımında ən çox pay biznes kreditlərinin payına düşüb. Belə ki, bankın biznes kreditləri 165 milyon 593 artaraq 1 milyard 127 milyon 874 min manata yüksəlib. Bu da kredit portfelindəki artımın 40.3 faizini təşkil edib. “Kapital Bank”ın istehlak kreditləri 102 milyon 94 min manat artaraq 1 milyard 927 milyon 244 min manata, daşınmaz əmlak kreditləri isə 143 milyon 49 min manat artaraq 492 milyon 569 min manata yüksəlib. Bank mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatını 1 milyon 486 min manat artıraraq 394 milyon 807 min manata çatdırıb. Buna görə də bankın xalis kreditləri 409 milyon 249 min manat artaraq 3 milyard 152 milyon 879 min manata bərabər olub.

Bankın cəmi öhdəlikləri bu ilin ilk yarısında 7 milyard 121 milyon 49 min manat olub. Bu da ötən ilin eyni rübü ilə müqayisədə 142 milyon 249 min manat və ya 2 faiz çoxdur. Bu artımda da əsas pay depozit portfelinin payına düşüb. Belə ki, bankın əhalidən topldaığı əmanətlərin həcmi 150 milyon 698 min manat artaraq 6 milyard 238 milyon 948 min manata çatıb. Bu atımın əsas səbəbkarı isə fiziki şəxslər olub. Onların əmanətləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 83 milyon 705 min manat və ya 4.4 faiz artaraq 1 milyard 988 milyon 497 min manata yüksəlib. Hüquqi şəxslərin əmanətləri isə 66 milyon 993 min manat və ya 1.6 faiz artaraq 4 milyard 250 milyon 451 min manata çatıb.

Bankın digər öhdəlikləri isə 53 milyon 556 min manat və ya 19.3 faiz azalaraq 224 milyon 502 min manata enib.

Səhmdar kapitalını 20 milyon manat artıran “Kapital Bank”ın cəmi kapitalı 195 milyon 704 min manat və ya 31.2 faiz artaraq 823 milyon 359 min manata çatıb. Bu artımda isə əsas pay bankın bölüşdürülməmiş mənfəətinin üzərinə düşüb. Belə ki, bankın sözügedən mənfəəti kapitalın artımında 87 faiz paya sahibdir. Bankın bu mənfəəti ötən ilin analoji rübü ilə müqayisədə 170 milyon 267 min manat və ya 50.5 faiz artaraq 507 milyon 108 min manat olub. “Kapital Bank” ümumi ehtiyatlarını da 5 milyon 437 min manat artaraq 49 milyon 601 min manata yüksəlib.

Bankın faiz gəliri 44 milyon 484 min manat artaraq 335 milyon 791 min manata, faiz xərcləri isə 8 milyon 181 min manat artaraq 48 milyon 350 min manata çatıb. Buna görə də bank 287 milyon 440 min manat xalis faiz gəliri əldə edib.

Bankın qeyri-faiz gəliri 16 milyon 768 min manat artaraq 205 milyon 809 min manata, qeyri-faiz xərcləri isə 63 milyon 69 min manat artaraq 279 milyon 22 min manata bərabər olub. Nəticədə bankın əməliyyat mənfəəti 214 milyon 228 min manat olub ki, bu da 2022-ci ilin ilk yarısı ilə müqayisədə 9 milyon 998 min manat və ya 4.45 faiz azdır.

“Kapital Bank”ın məcmu kapitalı 1 il ərzində 145 milyon 720 min manat artaraq 773 milyon 901 min manata yüksəlib.

Qeyd edək ki, “Kapital Bank”ın aktivlərinin gəlirliyi 0.1 faiz artaraq 1.8 faizə yüksəlib. Bankın kapitalının gəlirliyi isə 2.2 faiz azalaraq 17.8 faizə enib.

Kapital Bank

2023 (II Rüb)

2022 (II Rüb)

Fərq

Cəmi Aktivlər

7.944,408

7.606,111

338,297

Kredit

3.547,687

3.136,951

410,736

İstehlak kreditləri

1.927,244

1.825,150

102,094

Biznes kreditləri

1.127,874

962,281

165,593

Daşınmaz əmlak kreditləri

492,569

349,520

143,049

Mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyat

394,807

393,321

1,486

Xalis Kreditlər

3.152,879

2.743,630

409,249

Cəmi Öhdəliklər

7.121,049

6.978,456

142,593

Depozit

6.238,948

6.088,250

150,698

Fiziki şəxslərin depozitləri

1.988,497

1.904,792

83,705

Hüquqi şəxslərin depozitləri

4.250,451

4.183,458

66,993

Cəmi Kapital

823,359

627,655

195,704

Səhmdar kapitalı

265,850

245,850

20,000

Bölüşdürülməmiş mənfəət

507,108

336,841

170,267

Ümumi ehtiyatlar

49,601

44,164

5,437

Faiz Gəliri

335,791

291,307

44,484

Faiz Xərci

48,350

40,169

8,181

Xalis Faiz Gəliri/Zərəri

287,440

251,138

36,302

Qeyri-Faiz Gəliri

205,809

189,041

16,768

Qeyri-Faiz Xərci

279,022

215,953

63,069

Əməliyyat Mənfəəti (Zərəri)

214,228

224,226

-9,998

Xalis Mənfəət (Zərər)

146,691

127,071

19,620

Məcmu Kapital

773,901

628,181

145,720

ROA

1.8%

1.7%

0.1%

ROE

17.8%

20.2%

-2.2%