USD1,7000
EUR1,8634
GBP2,1133
RUB0,0208

“Paşa Bank”ın mənfəət hesabatı bəlli oldu

25.07.2023 Bank
25 12
Bankın faiz gəliri 58 milyon 728 min manat artaraq 204 milyon 552 min manata, faiz xərcləri isə 1 milyon 905 min manat artaraq 26 milyon 949 min manata çatıb.

Kommersant.az xəbər verir ki, bunun nəticəsində bank 169 milyon 500 min manat xalis faiz gəliri əldə edib. Bu da 2022-ci ilin ilk yarısı ilə müqayisədə 48 milyon 720 min manat və ya 40.3 faiz çoxdur. Bankın qeyri-faiz gəliri 14 milyon 783 min manat artaraq 92 milyon 808 min manata, qeyri-faiz xərci isə 35 milyon 132 min manat artaraq 138 milyon 776 min manata yüksəlib. Buna görə də “Paşa Bank”ın əməliyyat mənfəəti 29 milyon 785 min manat artaraq 123 milyon 532 min manat olub.